Azərbaycanda daha bir baş məşqçi istefası

Azərbaycanda daha bir baş məşqçi istefası

Hazırda oxunan: Azərbaycanda daha bir baş məşqçi istefası

234637

Bu gün II Liqada növbəti baş məşqçi dəyişikliyi reallaşıb.

 

Novruz Əzimov son anda çempionata qatılan “Dinamo” ilə vidalaşıb. Anlaşmaya qarşılıqlı razılşam əsasında xitam verilib. Bir neçə turdur uğursuz çıxış edən klubun dəyişikliyə gedəcəyi gözlənilən idi. Bu gün 10-cu tur çərçivəsində “Şahdağ”la keçirilən oyun “fitil”i çəkib.

 

Belə ki, “polislər” Qusardan olan rəqibinə 0:9 hesabıyla uduzub.

 

Mövsümün geridə qalan hissəsində 12 xal toplayan “Dinamo” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.(Sportinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO