"Sabah" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsin qardaşı Leroy Mikelsi transfer etməyi planlaşdırır.
Artıq "Sabah" Leroyu heyətinə qatmaq üçün danışıqlara start verib.
Almaniyalı futbolçunun özünün də qardaşı ilə birlikdə oynamaqda maraqlı olduğu bildirilir. 29 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya yayda keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Leroy “Şamaxı”ya qədər “Sankt-Pauli” II, “Borussiya” II (Münhenqladbax), “Alemaniya Axen”, “Velbert 02”, “Duysburq”, “Rot-Vays Oberhauzen”, “Spartak”(Varna), “Türkgücü Münhen”, “Əl-Taraci” komandlarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media