“Qarabağ”ın rəqibi ÇƏTİN DURUMDA

“Qarabağ”ın rəqibi ÇƏTİN DURUMDA

Hazırda oxunan: “Qarabağ”ın rəqibi ÇƏTİN DURUMDA

224414

Rumıniya FKSB klubunun İdarə Heyətinin sədri Mixay Stoyka Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la qarşıdakı oyununda qapıçı Stefan Tarnovananın diskvalifikasiya olunacağı təqdirdə onu kimin əvəzləyə biləcəyi ilə bağlı fikirlərini bölüşüb. 

Bizim.Media xəbər verir ki, “Prima Sport”a danışan klubun rəsmisi məsələ ilə bağlı bunları deyib:
 

“Andrey Vladın çiynində problem var və oynaya bilməyəcək. Müqaviləsi bitənə qədər onun daha iki oyunu var idi. Ola bilsin ki, Tırnovanu “Hoffenhaym”la görüşdə sarı vərəqə alarsa, "Mançester Yunayted" və ya “Qarabağ”la matçda qapını Mixay Udrya dayanacaq. UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazananlara yalnız fevralın 6-dan sonra müraciətdə dəyişikliklərə icazə verir”.


Qeyd edək ki, “Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Hazırda Rumıniya çempionu 10 xalla ümumi cədvəlin 10-cu, “Qarabağ” isə 3 xalla 32-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO