"Barselona" transfer yarışında "Real" və "Bavariya"nı ÖTDÜ

"Barselona" transfer yarışında "Real" və "Bavariya"nı ÖTDÜ

Hazırda oxunan: "Barselona" transfer yarışında "Real" və "Bavariya"nı ÖTDÜ

224101

"Barselona" Leverkuzen "Bayeri"nin futbolçusu Conatan Tanı transfer etməyə yaxındır.

Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubunun idman direktoru Deku artıq 28 yaşlı almaniyalı müdafiəçi ilə görüşüb və danışıqlar müsbət yöndədir. Bildirilir ki, klub onu heyətinə azad agent statusunda cəlb etməyi planlaşdırır. Futbolçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd olunur ki, Conatan Tanın meneceri Pini Zahavi həm də "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin meneceri olduğu üçün bu proses daha da tezləşə bilər. Flik özü isə futbolçunu böyük istəklə komandasında görmək istəyir.

Daha öncə mətbuatda "Bavariya" və "Real"ın da Conatan Ta ilə maraqlanması bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO