PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi "Liverpul"un futbolçusu Məhəmməd Salahı transfer etmək istədikləri haqda yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçu ilə danışıqlar aparmadıqlarını deyib:
“Mən Salahı həm də buna görə sevirəm ki, o, coğrafi olaraq bizim bölgədəndir.
Düzünü desəm, "Liverpul" üçün etdikləri baxımından Salahla fəxr edirəm. Salaha və "Liverpul"a böyük hörmətim var. Buna görə də biz onunla heç vaxt danışıqlar aparmamışıq”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda PSJ-nin Salaha ildə təxminən 40 milyon avro maaş ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu məbləğ, eləcə də bonuslar sayəsində misirli futbolçu planetin ən yüksək maaş alan oyunçularından birinə, Avropanın isə ən çox məvacibli futbolçusuna çevrilə bilərdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:35 / 06.12.2024
PSJ-dən Salah AÇIQLAMASI
Hazırda oxunan: PSJ-dən Salah AÇIQLAMASI
Hazırda oxunan: PSJ-dən Salah AÇIQLAMASI
224085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.