"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın onun haqda verdiyi açıqlamaya münasibət bildirib.
Bizim.Media xəbər verir ki, İngiltərə Premyer Liqasının 13-cü turunda "Mançester Siti" "Liverpul"la məğlub olub - 0:2.
Görüşdən sonra "Liverpul" azarkeşləri Qvardiolaya şüarlarla təzyiq göstəriblər. Mütəxəssis isə rəqib komandanın azarkeşlərinə cavab olaraq 6 işarəsi göstərib. O, bununla da 6 dəfə Premyer Liqanın qalibi olmasına işarə edib. Bundan sonra sosial şəbəkələrdə Qvardiola Mourinyo ilə müqayisə edilib.
Qvardiola Mourinyo ilə müqayisə edilməsinə “Ola bilsin ki, biz kifayət qədər oxşarıq... Amma o, Premyer Liqanı 3 dəfə, mən isə 6 dəfə qazanmışam” cavabını verib.
Mourinyo isə Qvardiolanın açıqlamasına belə münasibət bildirib: “Qvardiola dedi ki, o, 6 Premyer Liqa kuboku qazanıb, mən isə 3. Amma mən bu kubokları ədalətli şəkildə qazanmışdım. Əgər uduzsam, rəqibimi təbrik edərəm. Çünki rəqibim məndən üstün olub.
115 işə baxılarkən mən qələbə istəməzdim”.
Qeyd edək ki, Mourinyo Premyer Liqada "Tottenhem", "Mançester Yunayted" və "Çelsi"yə rəhbərlik edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:14 / 06.12.2024
Mourinyo Qvardiolanın cavabını verdi
Hazırda oxunan: Mourinyo Qvardiolanın cavabını verdi
Hazırda oxunan: Mourinyo Qvardiolanın cavabını verdi
224061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.