Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, əməliyyatı uğurlu keçən moldovalı müdafiəçi bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.
Qeyd edək ki, bundan sonrakı bütün proses klub rəhbərliyi və klub həkimlərinin nəzarətində olacaq.
Xatırladaq ki, Marandiç dekabrın 3-də keçirilən “Turan Tovuz” - “Sabah” oyununun 20-ci dəqiqəsində ağır zədə alıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:25 / 06.12.2024
“Turan”ın ayağı qırılan futbolçusunun SON DURUMU - FOTO
Hazırda oxunan: “Turan”ın ayağı qırılan futbolçusunun SON DURUMU - FOTO
Hazırda oxunan: “Turan”ın ayağı qırılan futbolçusunun SON DURUMU - FOTO
223980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.