“Qarabağ” Futbol Klubuna xüsusi dəvətləri və göstərdikləri isti münasibət üçün təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə COP29 çərçivəsində Futbol Klublarının İqlim naminə Alyansının açılışı tədbirində tanınmış türkiyəli mütəxəssis Fatih Terim bildirib.
O qeyd edib ki, bu gün “Qarabağ” Futbol Klubunu da ziyarət edərək, həmkarı Qurban Qurbanovu görmək fürsəti qazanıb: “Onunla çox səmimi bir söhbətimiz oldu, onu çox sevirəm, hörmət edirəm və daim izləyirəm. Bu arada, heç kimin inciməsini istəməzdim. Sadıq Qarayevə də buradan salam göndərmək istəyirəm. O, Türkiyədə futbolçu kimi çıxış edib və indi həmkarımızdır. Ona da bir salam göndərmək istədim.
“Futbol Klublarının İqlim naminə Alyansına daha çox klubun qatılacağına inanıram. COP29 Bakıda yüksək səviyyədə təşkil olunub. Can Azərbaycana həmişə qardaşcasına gəlmişəm, çox böyük hörmət görmüşəm. Diqqətə görə Can Azərbaycana və xalqına çox təşəkkür edirəm”.
Bizim.Media