Millətlər Liqasında V tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 9 matç keçirilib.
Bu qarşılaşmalar 5 qrupda baş tutub. A liqasında Danimarka İspaniyanı qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb.
Qazanılan 3 xal Avropa çempionlarına sona bir tur qalmış qrup liderliyini rəsmiləşdirmək imkanı verib.
Portuqaliya isə Polşa ilə üz-üzə gəlib. Birinci hissədə rəqib qapısına yol tapmayan meydan sahibləri fasilədən sonra 5 dəfə fərqləniblər.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
Millətlər Liqası
V tur, 15 noyabr
A liqası, I qrup
23:45. Şotlandiya - Xorvatiya - 1:0
23:45. Portuqaliya - Polşa - 5:1
A liqası, IV qrup
23:45. İsveçrə - Serbiya - 1:1
23:45. Danimarka – İspaniya - 1:2
23:45. Rumıniya - Kosovo - 0:0 (oyun başa çatmayıb)
C liqası, III qrup
23:45. Lüksemburq - Bolqarıstan - 0:1
23:45. Şimali İrlandiya – Belarus - 2:0
D liqası, I qrup
23:45. San Marino – Cəbəllütariq - 1:1
Rəşad Rafiqoğlu, Bizim.Media