
- A-
- A
- A+
Azərbaycan Türkiyə ilə oyuna kimi çıxaracaq? – Yeni dəvətlilər var
AFFA-nın rəsmi saytında məlumat yayıb ki, Azərbaycan milli komandasının Bakıda başlanan hazırlıq prosesinə daha 4 futbolçu dəvət edilib.
Bizim.Media xəbər verir ki, onlardan "Sabah"ın kapitanı Bəhlul Mustafazadə Türkiyə, Belarus və Moldova yığmaları ilə nəzərdə tutulan yoldaşlıq görüşlərində iştirak üçün nəzərdə tutulub.
Beləliklə, dəvətli oyunçuların sayı 30-a çatıb.
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) millinin mayın 24-dək Bakıdakı məşqlərində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə qarşılaşacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































