“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı həssas addım - FOTO

“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı həssas addım - FOTO

Hazırda oxunan: “Qarabağ”dan şəhid azarkeşi ilə bağlı həssas addım - FOTO

21654

“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı həssas jest edib. 

Bizim.Media xəbər verir ki, Ağdam klubu Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına M.İbrahimlinin də adını salıb. Beləliklə, M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək. 

Qeyd edək ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub. 

Əlavə edək ki, bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşır. Bu oyunun nəticəsindən asılı olaraq, Ağdam klubu ya qızıl, ya da gümüş medala layiq görüləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO