Gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO

Gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO

214784

Bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turniri başa çatıb.

Bizim.Media xəbər verir ki, gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilən yarışda uğurlu çıxış ediblər.

Komandamız 5 medal qazanıb. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı halqa və toplarla hərəkətlərin icrasında 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO