Fernandu Santuş: “Azərbaycan futbolunun gələcəyini dəyişməliyik”

Fernandu Santuş: “Azərbaycan futbolunun gələcəyini dəyişməliyik”

Hazırda oxunan: Fernandu Santuş: “Azərbaycan futbolunun gələcəyini dəyişməliyik”

210456

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sabah Koşitse Futbol Arenasında Slovakiyanın qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib:

“Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik.

Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO