Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

Hazırda oxunan: Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

205951

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

Bizim.Media xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Özbəkistan boksçusunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO