Bu gün Azərbaycan futbolunda növbəti tura start verilir

Hazırda oxunan: Bu gün Azərbaycan futbolunda növbəti tura start verilir

20505

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tur “ASK Arena”da oynanılacaq “Keşlə”- “Sumqayıt” matçı ilə başlayacaq. Hazırda meydan sahibləri 23 xalla sonuncu, qonaqlar isə 33 xalla dördüncü pillədə qərarlaşıb.

Komandalar Azərbaycan çempionatlarında indiyədək 34 görüşdə üz-üzə gəliblər. Bunların 16-sı “Keşlə”nin, 8-i “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Top fərqində də paytaxt təmsilçisi açıq-aşkar üstündür - 51:34. Son dörd görüşdə meydan sahibi olan komanda qələbə qazanmayıb. “Sumqayıt” isə son altı səfər matçında qol sevinci yaşayıb.

Bu komandalar mayın 24-də Azərbaycan kubokunun finalında da üz-üzə gələcəklər.

Günün sonuncu oyununda Premyer Liqa liderindən cəmi bir xal geri qalan “Neftçi” 24 xalla yeddinci sırada qərarlaşan “Səbail”in qonağı olacaq.

İndiyədək Premyer Liqada iki klub arasında keçirilmiş 14 oyunun 2-də “dənizçilər”, 9-da isə “ağ-qaralar” qələbə qazanıb.

Flaqman bu görüşlərdə 30 qol vurub, Bayıl təmsilçisi cəmi 10 dəfə fərqlənib. “Neftçi” komandası “Səbail” ilə son dörd matçda meydanı qolsuz tərk etməyib. “Səbail” isə yeddi oyunda qalib gələ bilməyib.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək “Zirə” – “Qəbələ” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO