"Cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim" - Futbolçu 

Hazırda oxunan: "Cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim" - Futbolçu 

20479

"Qarabağ"da oynayanda Polşada dincəlirdim. Yoldaşım və onun dayısı ilə küçədə gəzərkən bir nəfər dərimin rəngi ilə bağlı məni təhqir etdi.

Fikir vermədim, çünki mənə maraqlı deyildi. Amma cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim".

Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, bu açıqlama "Qarabağ"ın sabiq legioneri Donald Geryeyə məxsusdur.

Hazırda karyerasını Cənubi Kiprdə - "Apollon"daa davam etdirən haitili müdafiəçi indiyədək üzləşdiyi irqçilik qalmaqallarını yada salıb:

"Ona qəzəblə baxsam da, heç nə etmədim. "Qarabağ"ın heyətində Belarusda BATE-yə qarşı oynayanda azarkeşlər irqçi şüarlar səsləndirirdilər.

Açığı, çox pis təsir etmişdi. Amma qol vurandan sonra onların qarşısında gülməyə və meymun kimi rəqs etməyə başladım. Əslində isə bu cür hallarda ən yaxşı cavab onlara fikir verməməkdir.

Düzdür, bəzən kimisi qaldırıb yerə çırpmaq istəyirsən. Amma həmin an tanrı sizi sakitləşdirir. Digər ölkələrdə, məsələn, Azərbaycanda isə heç vaxt irqçiliklə qarşılaşmamışam".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO