“Paris-2024”də TARİXİ QƏLƏBƏ: Basketbol millimiz ABŞ-ı məğlub etdi

“Paris-2024”də TARİXİ QƏLƏBƏ: Basketbol millimiz ABŞ-ı məğlub etdi

Hazırda oxunan: “Paris-2024”də TARİXİ QƏLƏBƏ: Basketbol millimiz ABŞ-ı məğlub etdi

204527

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 2-ci görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, yığmamızın rəqibi ABŞ millisi olub. Komandamız rəqibinə 20:17 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibidir.
 

ABŞ yığması isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Komanda dünya çempionatlarında 3 qızıl, 1 bürünc, Pan Amerika Oyunlarında 2 qızıl, Amerika Kubokunda 2 qızıl, 1 bürünc və gənclər arasında keçirilən Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb. 


Xatırladaq ki, Azərbaycan millisi ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub. Yığmamız 3-cü və 4-cü turlarda müvafiq olaraq Fransa və Almaniya ilə qarşılaşacaq. Hər matç oyun sabah gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO