Boksçumuz “Asiya Uşaqları”nda finala yüksəlib

Boksçumuz “Asiya Uşaqları”nda finala yüksəlib

Hazırda oxunan: Boksçumuz “Asiya Uşaqları”nda finala yüksəlib

200334

Azərbaycan millisinin yeniyetmə boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 48 kq-da çıxış edən milli üzvü yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 məğlub edib. Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün Oyunları bürünc medalla bitiriblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO