Niderland 1/4 FİNALDA - VİDEO

Niderland 1/4 FİNALDA - VİDEO

Hazırda oxunan: Niderland 1/4 FİNALDA - VİDEO

200147

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan biri başa çatıb. "Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb.

Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. "Narıncılar" bu mərhələdə Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Digər oyun isə "Red Bull Arena"da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final

20:00. Rumıniya - Niderland - 0:3

Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3

Baş hakim: Feliks Zvayer (Almaniya)

"Allianz Arena"
 

 


 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO