“Qarabağ” Kadi üçün rəsmi təklif göndərdi

“Qarabağ” Kadi üçün rəsmi təklif göndərdi

Hazırda oxunan: “Qarabağ” Kadi üçün rəsmi təklif göndərdi

196839

"Vizela"dan (Portuqaliya) Fabiyan Buntiçi sıralarına qatan "Qarabağ" növbəti transfer əməliyyatına başlayıb. 

Bizim.Media xəbər verir ki, Çempionlar Liqasına hazırlıq görən Ağdam klubu "Krasnodar"a rəsmi təklif göndərib. 

Azərbaycan çempionu Kadi Borgesin xidmətində maraqlı olduğunu rusiayalı həmkarlarının diqqətinə çatdırıb. "Köhlən atlar" 27 yaşlı braziliyalını sonradan birdəfəlik transfer etmək şərtiylə icarəyə götürmək niyyətindədir. 

Adıçəkilən legioner 2021-2022-ci illəri "Qarabağ"da keçirib. O, 2023-cü ilin əvvəlində 5 milyon avro qarşılığında "Krasnodar"a satılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO