Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı - Teymur Rəcəbov yarışı tərk etdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı - Teymur Rəcəbov yarışı tərk etdi

19450

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin dörddəbir final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı dörddəbir finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib.

Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.

Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO