Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazandılar

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazandılar

Hazırda oxunan: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazandılar

19205

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.

Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO