“Barselona” Arauxonu satacaq

Hazırda oxunan: “Barselona” Arauxonu satacaq

188653

“Barselona” Ronald Arauxonu satmağa hazırlaşır. İspanya nəhəngi maliiyə problemlərini qaydasına salmaq üçün buna məcburdur. 

Bizim.Media xəbər verir ki, yaydaa heyətin gücləndirilməsi üçün bir neçə futbolçu alınacaq. Belədə heyətdən kimlərinsə getməsi lazımdır. 

“Barselona” da ulduzlarını satıb daha ucuz qiymətə olan futbolçular almaq istəyir.

25 yaşlı uruqvaylı üçün 70 milyon avro təklif edənlər var. İspaniya klubu isə 100 milyon avroluq qazanc götürmək niyyətindədir. Mərkəz müdafiəçisi özü klub dəyişmək niyyətində deyil, lakin maliyyə vəziyyətinə görə o da taleyi ilə barışıb.

2018-ci ildən “Barselona”da olan Arauxonun hazırkı müqaviləsi hələ daha 2 mövsüm burada qalmağa imkan verir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO