“Başakşəhər” səfərdə qalib gəldi – Lider “Beşiktaş”dır

Hazırda oxunan: “Başakşəhər” səfərdə qalib gəldi – Lider “Beşiktaş”dır

18771

Aprelin 22-də futbol üzrə Türkiyə çempionatının 36-cı turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” səfərdə “Kasımpaşa”nın qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. "Başakşəhər"in yeganə qolunu Nacer Çadlı vurub.

Günün digər qarşılaşmasında "Alanyaspor" doğma meydanda "Qaziantep"i 3:2 hesabı ilə məğlub edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 72 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 66 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO