Basketbol millimiz lisenziya turnirinin finalında

Hazırda oxunan: Basketbol millimiz lisenziya turnirinin finalında

187104

Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması Olimpiya Təsnifat Turnirində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalında millimiz Macarıstanla qarşılaşıb.

B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli saat 11:30-da start götürüb. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni əldə etmək üçün yaxşı şans qazanıb. Millimiz Macarıstanı 21:19 hesabı ilə məğlub edib.

Komandamız finalda Niderlandla - Polşa cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.

Basketbol 3x3

Olimpiya Təsnifat Turniri

Yarımfinal

Macarıstan - Azərbaycan - 19:21

Niderland - Polşa

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO