“Beşiktaş”da ciddi itki

“Beşiktaş”da ciddi itki

Hazırda oxunan: “Beşiktaş”da ciddi itki

187023

Beşiktaş"ın heyətində ciddi tiki baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Ante Rebiç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı vinger sabah ölkəsində əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" Ante Rebiçi mövsümün əvvəlində "Milan"dan transfer edib. 30 yaşlı ön xətt oyunçusu "qara qartallar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO