Məşhur basketbolçunun forması 1,75 milyona satıldı

Məşhur basketbolçunun forması 1,75 milyona satıldı

Hazırda oxunan: Məşhur basketbolçunun forması 1,75 milyona satıldı

186754

Beşqat MBA çempionu Kobi Brayantın 2009-cu il final seriyasının ilk oyunundakı forması hərracda 1,75 milyon ABŞ dollarına satılıb. 

Bizim.Media xəbər verir ki, məhz həmin oyunda Brayant final seriyalarına aid öz şəxsi rekordunu müəyənləşdirərək 40 xal toplamışdı. Həmin il “Los-Anceles Leykers” komandası finalda “Orlando Mecik”ə 4:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Brayantın şəxsi əşyalarının satışı üzrə rekord məbləğ 5,8 milyon dollardır. Məhz bu qiymətə onun 2007-2008 mövsümündə geydiyi forma satılıb.

Əlavə edək ki, auksionda Lebron Ceymsə aid əşyalar da satışa çıxarılıb. MBA tarixində ən çox xal həddinə çatdığı atışı zamanı olan səbətin toru 152 minə satılıb. 38 mininci xalını qazanan zaman geyindiyi formaya isə 393 min dollar verilib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO