Kəpəz”in futbolçusu “Turan”a keçdi

Kəpəz”in futbolçusu “Turan”a keçdi

Hazırda oxunan: Kəpəz”in futbolçusu “Turan”a keçdi

186699

Mövsümün əvvəlində "Kəpəz"lə anlaşan, amma etibarsız oyunu ilə ehtiyata düşən Vladislav Vasilyuçek Azərbaycanı tərk edib. 

Bizim.Media xəbər verir ki, belaruslu qolkiper mövsümün başa çatmamasına rəğmən, artıq özünə yeni komanda da tapıb.

Belə ki, o, Qazaxıstan yüksək liqasında yarışan "Turan"la anlaşıb.

Artıq tanınmış "transfermarkt" portalı da futbolçunu "Kəpəz"in yox, "Turan"ın futbolçusu kimi təqdim edib. 
Əlavə edək ki, Qazaxıstanda mövsüm yeni start götürüb və "Turan" 4 turdan sonra 4 xalla 8-cidir.

Rəşad Rafioğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO