Gürcüstan klubu “Qarabağ”ın qapıçısını transfer etmək istəyir

Hazırda oxunan: Gürcüstan klubu “Qarabağ”ın qapıçısını transfer etmək istəyir

186562

"Qarabağ”ın qolkiperi, Gürcüstan millisinin heyətində Avropa çempionatının final mərhələsində çıxış edəcək Luka Quqeşaşvili komandasını dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən gürcü qapıçı daha çox oynamaq üçün onunla maraqlanan komandaların variantını götür-qoy etmək istəyir.

Məlumata görə, Quqeşaşvilinin xidmətində maraqlı olan əsas komandalardan biri Batuminin “Dinamo” klubudur. Gürcüstan çempionu yayda Quqeşaşvili icarəyə götürməyi planlaşdırır.

24 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Luka özü də, daha çox oynamaq niyyətindədir. Gürcüstan millisinin üzvü “Dinamo”(Tbilisi), “Yagelloniya”, “Dila”, “Rekre Qranada” komandalarında oynadıqdan sonra 2022-ci il iyulun 1-də “Qarabağ”a keçib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO