“Qarabağ” bu qapıçını transfer edəcək?

Hazırda oxunan: “Qarabağ” bu qapıçını transfer edəcək?

186095

“Qarabağ” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.

Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də “Qarabağ”ın maraq dairəsində olub.

Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO