"Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək

Hazırda oxunan: "Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək

185244

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

"Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

"Köhlən atlar" ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, "Neftçi" isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO