Azərbaycan klubu keçmiş futbolçusuna 70 min təzminat ödədi

Hazırda oxunan: Azərbaycan klubu keçmiş futbolçusuna 70 min təzminat ödədi

185037

“Səbail” klubunun keçmiş üzvü Tural Bayramlı ilə arasındakı məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı klubu artıq 70 000 manatı qarşı tərəfə ödəyib. Beləliklə uzun müddətdir davam edən məsələ həll yolunu tapıb. 

Xatırladaq ki, hazırda "Araz-Naxçıvan"ın formasını geyinən yarımmüdafiəçi paytaxt təmsilçisini onunla olan müqaviləyə qaydalara uyğun olmayan şəkildə pozduğu üçün AFFA Apellyasiya və Arbitraj Məhkəməsinə vermişdi. 

Məhkəmənin son qərarına əsasən, "Səbail" klubu martın 31-dək 70 000 manat təzminatı futbolçuya ödəməli idi. "Səbail" klubu ötən günlərdə AFFA-nı Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət etsə də, şikayət təmin olunmayıb və nəticədə klub ödənişi həyata keçirərək, işi bağlayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO