“Qarabağ” Zubirə yeni müqavilə təklif etdi

“Qarabağ” Zubirə yeni müqavilə təklif etdi

Hazırda oxunan: “Qarabağ” Zubirə yeni müqavilə təklif etdi

185035

"Qarabağ" Abdullah Zubiri komandada saxlamağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi fransalı futbolçuya yeni 2 illik müqavilə təklif edib. Tərəflər arasında danışığın mövsümün sonunda aktivləşəcəyi gözlənilir.

"Qarabağ" Zubirlə yeni 2 illik müqavilə imzalayaraq növbəti iki mövsümdə də onun xidmətindən istifadə etməyi planlaşdırır.

Fransalı futbolçunun özünün də Azərbaycan çempionu tərk etmək istəmədiyi deyilir. Onun "Qarabağ"da qalmağa müsbət yanaşdığı iddia olunur. 32 yaşlı futbolçu 2018-cil ildə “Lans”dan “Qarabağ”a keçmişdi. Zubir karyerası ərzində "Qrenbobl", "İstr", "Hibernian", "Petrolul" klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO