“Neftçi” “Spartak”la qarşılaşacaq - VAXTI BƏLLİ DEYİL

“Neftçi” “Spartak”la qarşılaşacaq - VAXTI BƏLLİ DEYİL

Hazırda oxunan: “Neftçi” “Spartak”la qarşılaşacaq - VAXTI BƏLLİ DEYİL

184995

"Spartak" "Neftçi" ilə daha bir yoldaşlıq görüşü keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Spartak"ın baş direktoru Oleq Malışev klubun "Neftçi" yoldaşlıq oyunu keçirmək niyyətində olduğunu deyib: 

"Çalışacağıq ki, gələcəkdə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik".

"Spartak" və "Neftçi" klubları 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO