“Ayaks” ölkə kubokunun qalibi oldu - 20-ci dəfə

“Ayaks” ölkə kubokunun qalibi oldu - 20-ci dəfə

Hazırda oxunan: “Ayaks” ölkə kubokunun qalibi oldu - 20-ci dəfə

18303

Rotterdamdakı "De Kuyp" stadionunda "Ayaks" və "Vitess" komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 23-cü dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda bərabərlik qolunu vurub.

85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

"Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO