
- A-
- A
- A+
İdman
20:41 / 18.04.2021
Avropa çempionatı: Cüdoçularımız iki bürünc medal qazandı - FOTO
Hazırda oxunan: Avropa çempionatı: Cüdoçularımız iki bürünc medal qazandı - FOTO
18281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında cüdoçumuz üçüncü yeri tutub.
Bizim.Media xəbər verir ki, kişilər arasında yarışan Zelim Kotsoyev (100 kq) üçüncü yer uğrunda görüşdə rusiyalı Niyaz İlyasovu məğlub edərək bürünc medal qazanıb.
MÖVZU İLƏ BAĞLI:
Son 4 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı - FOTO
Qeyd edək ki, bundan əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov da qitə çempionatında üçüncü yeri tutub. Beləliklə, komandamız yarışı iki bürünc medalla başa vurub.
Avropa çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Yarışda ölkəmizi 9 idmançı təmsil edib.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































