"Kəpəz" "Zirə" ilə oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: "Kəpəz" "Zirə" ilə oyuna itkilərlə çıxacaq

182785

"Kəpəz" Premyer Liqanın 27-ci turunda "Zirə"nin qonağı olacaq.

Bizim.Media Xəbər verir ki, Gəncə klubu bu oyuna itkilərlə çıxacaq. 

Belə ki, komandanın baş məşqçisi Adil Şükürov Elçin Əlicanov və Giorgi Papunaşvilinin xidmətindən yararlana bilməyəcək. Əlicanov cəzalı durumda, gürcü futbolçu isə zədəli olduğu üçün "Zirə"yə qarşı oynaya bilməyəcəklər.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" oyunu martın 16-da Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə 16:00-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO