“Bayer” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI 

“Bayer” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI 

Hazırda oxunan: “Bayer” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI 

182223

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” oyununun hakimləri açıqlanıb. 

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada keçiriləcək oyun İngiltərədən olan hakimlər briqadasına həvalə olunub. 

Matçda ədaləti Entoni Teylor qoruyacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Endryu Madli yerinə yetirəcək. 
VAR-da Stüart Attvell, onun köməkçisi isə Jarred Gavan Gillett olacaq. Hakim-inspektor funksiyasını bolqarıstanlı İçko Lozev yerinə yetirəcək. 

Qeyd edək ki, martın 14-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO