“Bakı” qələbə qazanıb liderə yaxınlaşdı

“Bakı” qələbə qazanıb liderə yaxınlaşdı

Hazırda oxunan: “Bakı” qələbə qazanıb liderə yaxınlaşdı

181871

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk matçda “Qarabağ” “Dinamo”nu məğlub edib – 47:30.

Digər qarşılaşmalarda “Bakı” “İdman Akademiyası”na (20:12), “Azəryol” isə “Təhsil”ə (48:30) qalib gəlib.
Bu turda istirahət edən “Kür” 19 xalla liderdir. “Bakı” 18 xalla ikinci pillədədir. “Azəryol” 16, “Qarabağ” 15 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO