Qurban Qurbanov həmkarı Xabi Alonsoya xalça bağışladı

Qurban Qurbanov həmkarı Xabi Alonsoya xalça bağışladı

Hazırda oxunan: Qurban Qurbanov həmkarı Xabi Alonsoya xalça bağışladı

181494

Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib.

Bizim.Media sportinfo.az saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib.

O, Bundesliqanın liderinin qaldığı hotelə yollanaraq, həmkarı Xabi Alonso ilə görüşüb. Qurbanov ispaniyalı çalışdırıcıya gözəl Azərbaycan xalçası bağışlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO