"Bayer 04" klubu Bakıda mətbuat konfransı keçirməyəcək

Hazırda oxunan: "Bayer 04" klubu Bakıda mətbuat konfransı keçirməyəcək

181171

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer 04" klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub nümayəndəsi bildirib ki, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək.

Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq və mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO