"Braqa" futbolçusunu 20 milyon avroya satdı

Hazırda oxunan: "Braqa" futbolçusunu 20 milyon avroya satdı

181082

"Atletik" "Braqa"nın yarımmüdafiəçisi Alvaro Djalonu transfer etdiyini rəsmən açıqlayıb.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandası ilə bu mövsümü başa vuracaq və iyulun 1-də La Liqa təmsilçisinə qoşulacaq. 

Transfer məbləği 15+5 milyon avrodur.

Bu mövsüm Djalo bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, "Braqa"  Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub.
Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Djalo vurub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO