Ayxan Abbasovdan hakimlərə etiraz:

Ayxan Abbasovdan hakimlərə etiraz: "Çıxaq gedək?"

Hazırda oxunan: Ayxan Abbasovdan hakimlərə etiraz: "Çıxaq gedək?"

180809

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz” səfərdə “Zirə” ilə qarşılaşır.

Bizim.Media xəbər verir ki, matçın 11-ci dəqiqəsində qonaqlar Belajdi Pusinin qolu ilə hesabda önə keçiblər. 

Lakin matçın baş hakimi Rəvan Həmzəzadə qolun qeydə alınması üçün VAR-dan cavab gözləyib. VAR-ın qərarının yubanması “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun narazılığına səbəb olub. O, qarşılaşmanın dördüncü hakimi İnqilab Məmmədova üzünü tutaraq “Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?” deyə sərt şəkildə etirazını bildirib.

Qeyd edək ki, uzun gözləmədən sonra hakimlər qolu qeydə alıblar.

Əlavə edək ki, “Zirə” - “Turan Tovuz” matçında VAR hakimi Tural Qurbanov, AVAR-da isə Nicat İsmayıllıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO