PSJ və

PSJ və "Barselona"dan Xviça üçün təkliflər var

Hazırda oxunan: PSJ və "Barselona"dan Xviça üçün təkliflər var

180030

"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeliya futbolçu ilə "Barselona" və PSJ-nin maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o deyib: 

""Barselona" və PSJ? Təbii ki, TOP-klublardan Xviça üçün təkliflər var. Necə ola bilər ki, təkliflər olmasın? Çox şey may ayında bəlli olacaq”.

"La Gazzetta dello Sport" nəşri yazıb ki, Kvaratsxeliya yayda "Real"a keçmək ehtimalı daha yüksək olan PSJ-də forvard Kilian Mbappeni əvəzləməyə əsas namizədlərdən biridir.
2023/24 mövsümündə 23 yaşlı Kvaratsxeliya bütün yarışlarda "Napoli"nin heyətində 33 matçda 6 qol vurub və 5 qolun ötürməsini verib. O, 2022-ci ildən Neapol təmsilçisində çıxış edir. Xviça A seriyasında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO