“Şahdağ”da növbəti xizək yarışı keçirildi - FOTO

Hazırda oxunan: “Şahdağ”da növbəti xizək yarışı keçirildi - FOTO

179785

Qursarda “Şahdağ” Turizm Mərkəzində uşaqlar arasında həvəskar xizək yarışı keçirilib.

Bizim.Media xəbər verir ki, Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində 3 müxtəlif yaş kateqoriyasında olan uşaqlar arasında həvəskar xizək yarışı təşkil edilib.

Yarışın keçirilməsinin əsas məqsədi uşaqlar arasında qış idman növlərini təbliğ etmək,  xizək idmanına marağı artırımaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdır. 

İdman tədbirində Azərbaycandan, Rusiya Federasiyasından, Qazaxıstandan, Almaniyadan, Amerika Birəşmiş Ştatlarından və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi uşaq birincilik uğrunda mübarizə aparıblar.












Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO