“Qalatasaray”–“Fənərbağça” arasında təxirə salınmış oyunun vaxtı AÇIQLANDI

“Qalatasaray”–“Fənərbağça” arasında təxirə salınmış oyunun vaxtı AÇIQLANDI

Hazırda oxunan: “Qalatasaray”–“Fənərbağça” arasında təxirə salınmış oyunun vaxtı AÇIQLANDI

179254

Türkiyə Superkubokunun finalının təxirə salınan "Qalatasaray" - "Fənərbağça" matçının yeni vaxtı və məkanı müəyyənləşib.

Bizim.Media Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, oyun 7 aprel Şanlıurfa 11 aprel stadionunda keçiriləcək. 

Görüş yerli vaxtla saat 22:00-da başlayacaq.

Qeyd edək ki, sözügedən matç ötən il dekabrın 29-u Səudiyyə Ərəbistanında oynanılmalı idi. Komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub.  
Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO