“Qarabağ” Lunyovla yeni müqavilə BAĞLAYACAQ

“Qarabağ” Lunyovla yeni müqavilə BAĞLAYACAQ

Hazırda oxunan: “Qarabağ” Lunyovla yeni müqavilə BAĞLAYACAQ

177901

«Qarabağ» Leandro Andradedən sonra daha bir legioneri ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

Bizim.Media xəbər verir ki, Ağdam klubu ötən ilin yayında sıralarına qatdığı Andrey Lunyova yeni anlaşma təklif edib. 

Çempion 32 yaşlı qapıçı ilə müqaviləni 2027-ci ilədək uzatmaq istəyir. 

Avropa Liqasında göstərdiyi inamlı oyunla azarkeşlərin rəğbətini qazanan rusiyalı qapıçı ilə danışıqlar yaxın günlərdə yekunlaşmalıdır. Yekun müqaviləyə əsasən Lunyovun maaşı da artacaq. 

Xatırladaq ki, rusiyalının “Qarabağ”la müqaviləsi yayda başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO