Coşqun oynadı, komandası qələbə qazandı

Coşqun oynadı, komandası qələbə qazandı

Hazırda oxunan: Coşqun oynadı, komandası qələbə qazandı

177486

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 22-ci tur oyununu keçirib.

Bizim.Media xəbər verir ki, komanda səfərdə "Corum"la qarşılaşıb. 

"Ümraniyespor" oyundan qələbə ilə ayrılıb - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Dimitri Kavare vurub.

Coşqun da bu oyunda iştirak edib. Yarımmüdafiəçi 69-cu dəqiqədə Emre Demirin əvəzlənməsi ilə meyana daxil olub. 
Qeyd edək ki, hazırda turnir cədvəlində "Corum" 35 xalla 6-cı, "Ümraniyespor" isə 27 xalla 10-cudur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO