"Barselona"dan Mourinyo açıqlaması

Hazırda oxunan: "Barselona"dan Mourinyo açıqlaması

177331

"Barselona"nın idman direktoru Deko "Roma"nın sabiq çalışdırıcısı Joze Mourinyonun Kataloniya təmsilçisinin baş məşqçisi təyin oluna biləcəyi barədə xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis portuqaliyalı məşqçi ilə danışıqlar aparmadıqlarını deyib:

“Mourinyo və "Barselona"? Joze mənim dostumdur. Amma biz uzun müddətdir ki, danışmırıq".

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Onun komandası İspaniya La Liqasının turnir cədvəlində 50 xalla 3-cüdür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO