Basketbol Liqası: “Sabah” “Neftçi”yə məğlub oldu – FOTO

Basketbol Liqası: “Sabah” “Neftçi”yə məğlub oldu – FOTO

Hazırda oxunan: Basketbol Liqası: “Sabah” “Neftçi”yə məğlub oldu – FOTO

177145

Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə çempion məğlub olub.

"Sabah" öz meydanında "Neftçi"ni qəbul edib. Azərbaycan çempionu litvalı mütəxəssis Rimas Kurtinaytisin rəhbərliyi ilə ilk dəfə uduzub. 

Qarşılaşmanın startından üstünlüyü ələ alan "ağ-qaralar" sonadək hesabda öndə olublar. Qonaq komandanın basketbolçusu Alfonso Uillis 25 xalla matçın ən məhsuldar oyunçusu olub. 

Komandalar arasında ilk dövrədə keçirilən oyunda da "Neftçi" "Sabah"dan güclü olub (96:93).

Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.

XIV tur

7 fevral

19:30. “Sabah” - “Neftçi” - 87:101 (22:23, 21:28, 17:21, 27:29)









Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO